İran ABŞ və İsrail gəmilərini satır: Pul kimlərə veriləcək?

saytların hazırlanması

Evə çatdırılma

İran ABŞ və İsrail gəmilərini satır: Pul kimlərə veriləcək?

Dünya

22 Sentyabr 2026 13:54 97


İran Fars körfəzində ələ keçirdiyi ABŞ və İsrailə məxsus ticarət gəmiləri ilə bağlı qərar çıxarıb.

“Yeni Sabah” xəbər verir ki, gəmilərin satışından əldə olunacaq vəsait müharibədən zərər çəkən ailələrə bağışlanacaq.

Bu barədə İran Məhkəmə Sisteminin yüksək vəzifəli rəsmisi Həsən Əbdülianpur məlumat yayıb. pizza sifarişi

O bildirib ki, ABŞ-nin hücumları nəticəsində yaranan zərərin müəyyənləşdirilməsi üçün Hörmüzgan əyaləti və ətraf ərazilərdə araşdırmalar aparılıb. İndiyədək Kişm, Bəndər Lingə və Çabahar bölgələrində 537 zərər faktı müəyyən edilib. Bu məsələ ilə bağlı Tehran İnqilab Məhkəməsində 100-dən çox məhkəmə işi açılıb.

Əbdülianpur əlavə edib ki, maddi və mənəvi zərərin ödənilməsi ilə bağlı tələblər Tehrandakı Beynəlxalq Ədalət Məhkəməsinin 55-ci şöbəsinin hüquq bölməsində araşdırılır. Məhkəmə iclaslarının qarşıdakı həftələrdə növbə ilə keçirilməsi planlaşdırılır.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!