Beynəlxalq Atom Enerjisi Agentliyi (IAEA) İranın nüvə sazişində nəzərdə tutulandan 18 dəfə çox zənginləşdirilmiş urana malik olduğunu müəyyən edib.
Yenisabah.az AFP-yə istinadla xəbər verir ki, bu barədə IAEA-nın hesabatına deyilir.
Agentliyin məlumatına görə, hazırda İranda zənginləşdirilmiş uranın ümumi miqdarı icazə verilən maksimum 202,8 kiloqram əvəzinə 3,76 ton təşkil edir. IAEA müfəttişləri həmçinin İranın nüvə obyektində rekord həddə - 83,7 faiz zənginləşdirilmiş uran hissəciklərini aşkar ediblər ki, bu da atom bombası istehsal etmək üçün kifayətdir. Toyuqlu pizza
Nüvə silahı yaratmaq üçün 90 faiz zənginləşdirmə tələb olunur.
Telegram kanalımız