İran Azərbaycanla sərhəddə terminal tikir 

saytların hazırlanması

Evə çatdırılma

İran Azərbaycanla sərhəddə terminal tikir 

Sosial

27 Aprel 2024 13:25 2681


İran Azərbaycanla sərhəddə terminalın tikintisinə başladığını elan edib. 

Yenisabah.az xəbər verir ki, bu barədə "İrna" informasiya agentliyi İranın yollar və şəhərsalma nazirinin müavini Əmaniyə istinadən məlumat yayıb. 

“İran və Azərbaycan Kəlalə–Aqbənd sərhəd terminalını (Azərbaycanın cənub-qərbində, Zəngilan rayonunda) tikməkdə qərarlıdır. İran sərhəd terminalı tikib, Azərbaycan isə Araz çayı üzərində körpü tikir. Bu layihə bu ilin əvvəlində (21 mart 2024-cü il) başlayıb. İslam Respublikası bu layihə üçün 95 milyon dollar ayırıb”, – deyə nazir müavini İran-Azərbaycan sərhədində terminalın tikintisi sahəsinə səfəri zamanı bildirib.  Dominos pizza

Onun sözlərinə görə, Araz keçid məntəqəsi və Kələla–Ağbənd sərhəd terminalı tikildikdən sonra Azərbaycanın tranzitinin böyük hissəsinin bu marşrut üzrə həyata keçiriləcəyi gözlənilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!