İran düşmənlərini hədələdi

saytların hazırlanması

Evə çatdırılma

İran düşmənlərini hədələdi

Dünya

12 Oktyabr 2026 08:35 67


İran Milli Təhlükəsizlik Şurasının Baş katibi Möhsün Rəzayi Yaxın Şərqdə gərginliyin yenidən alovlanacağı təqdirdə qlobal texnoloji və kommunikasiya infrastrukturunun hədəf alınacağını bəyan edib.

“Yeni Sabah” xəbər verir ki, Rəzayi verdiyi kəskin bəyanatda mümkün hərbi qarşıdurmanın miqyasının təkcə ənənəvi hədəflərlə məhdudlaşmayacağını vurğulayıb:

“Əgər yenidən müharibə başlasa, bölgədəki bir çox kabel xətti, məlumat mərkəzi (data center), süni intellekt obyektləri və digər strateji məntəqələr məhv ediləcək”. Sezar pizza

İranlı rəsminin bu xəbərdarlığı regional münaqişənin qlobal internet, məlumat axını və rəqəmsal infrastruktur üçün yarada biləcəyi böyük təhlükəni bir daha gündəmə gətirib. Ekspertlər bildirirlər ki, Qırmızı dəniz və Bəsrə körfəzi kimi strateji su yollarından keçən sualtı internet kabellərinin və regiondakı nəhəng data mərkəzlərinin sıradan çıxarılması qlobal iqtisadiyyata və kommunikasiya sistemlərinə bərpaolunmaz zərbə vura bilər.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!