"Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın nüvə dövləti kimi tanınmasına ehtiyac olduğunu düşünmür, habelə ölkədə nüvə silahının inkişafı ilə bağlı məlumat yoxdur".
Yenisabah.az CBS telekanalına istinadla xəbər verir ki, bunu BAEA-nın baş direktoru Rafael Qrossi bildirib.
“Zənginləşdirilmiş uran istehsalının hazırkı səviyyəsində İran artıq birdən çox cihaza sahib olmaq üçün kifayət qədər material toplayıb. Amma İranın hazırda nüvə silahı hazırlamaq proqramına malik olduğunu göstərən heç bir məlumatımız yoxdur”, – deyə BAEA rəhbəri qeyd edib. pizza
Qrossinin fikrincə, sözügedən Şərq ölkəsinin nüvə dövləti kimi tanınmasının vaxtı gəlib çatmayıb.
Xatırladaq ki, noyabrın əvvəlində Qrossi Tehranın hazırda İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) ilə bağlı öhdəliklərini yerinə yetirdiyini açıqlayıb.
Telegram kanalımız