Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosunda 36 vaqon xətdən çıxarılıb: Səbəb

İqtisadiyyat

27 Noyabr 2026 00:12 64


2025-2026-cı illər ərzində Bakı metrosunda ümumilikdə 36 vaqon istismardan kənarlaşdırılıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, hazırda həmin vaqonların utilizasiyası ilə bağlı zəruri sənədləşdirmə prosedurları aparılır: Onlayn mağaza

"Proses qanunvericiliyin tələblərinə uyğun şəkildə təşkil olunur. Bu, başa çatdıqdan sonra vaqonların utilizasiyası aidiyyəti dövlət qurumu tərəfindən həyata keçiriləcək".

Məlumata əsasən, Bakı Metropolitenində vaqon parkının yenilənməsi istehsalçı müəssisənin müəyyən etdiyi istismar müddəti, texniki göstəricilər və normativ tələblər nəzərə alınmaqla reallaşır. Bəlli istismar müddətini başa vurmuş vaqonlar müvafiq qaydada xətlərdən çıxarılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!