İran tammiqyaslı iqtisadi və təhlükəsizlik müharibəsi aparır, lakin təzyiq və böhranlara baxmayaraq, güclü və birləşmiş olaraq qalır.
"Yeni Sabah" Mehr-ə istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkyan bildirib.
Bazar günü İslam Respublikasının qurucusunun ideallarına sədaqət andının yenilənməsi mərasimində çıxış edən Pezeşkyan həlak olanların, İranın keçmiş Ali Rəhbərinin, komandirlərin, alimlərin, tələbələrin, hərbçilərin və mülki şəxslərin xatirəsini yad edib. pizza sifarişi
İran Prezidentinin sözlərinə görə, hökumət eyni zamanda müharibə, sanksiyalar, müxtəlif təzyiq formaları və davam edən sui-qəsdlərlə, eləcə də su, elektrik enerjisi, qaz, yanacaq, ətraf mühit və bank sistemində ciddi problemlərlə mübarizə aparır:
"Düşmənlər İranın onların təzyiqi və hərəkətləri altında çökəcəyini düşünürdülər. Lakin bu, nəinki baş vermədi, həm də İran xalqının gücü və birliyi bütün dünyanı heyrətləndirdi".
M.Pezeşkian xalqın dözümlülüyünü tərifləyərək bildirib ki, analitiklər ölkənin bu qədər güclü təzyiqə necə tab gətirə bildiyini izah etməkdə çətinlik çəkirlər: "Əziz xalqımız həqiqətən möcüzəyə nail olub".
Prezident hökumətin mövcud çətinliklərin öhdəsindən gəlmək üçün əlindən gələni etdiyini bildirib:
"Əlbəttə, problemlərin davam etməsindən xalq qarşısında utanırıq. Amma bədənimizdə nəfəs olduğu müddətcə əziz xalqımıza xidmət edəcəyik, onların həyatını və rifahını yaxşılaşdırmaq üçün çalışacağıq və bu böhranların öhdəsindən güclə gələcəyik".
Telegram kanalımız