İran və Oman gəliri bölüşəcək

saytların hazırlanması

Evə çatdırılma

İran və Oman gəliri bölüşəcək

Dünya

26 Avqust 2026 16:35 91


İran və Oman Hörmüz boğazında naviqasiyadan əldə edilən gəlirləri bölüşəcəklər

"Yeni Sabah" Təsnim-ə istinadla xəbər verir ki, bunu İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) elan edib.

"Hörmüz boğazı İrana və qarşımızda yerləşən Omana məxsusdur. Təxminən bir aydır ki, danışıqlar aparırıq və hər iki tərəf üçün məqbul nəticələr əldə etmişik. Bu danışıqlar zamanı hər iki ölkənin boğaz sularındakı payı və İran və Omanın gəlir payı ilə bağlı razılaşmalar əldə edilib". pizza hut

İİKK ABŞ-ni bu prosesi maneə törətməkdə və gecikdirməkdə günahlandıraraq qeyd edib ki, Vaşinqton Tehranın şərtlərini qəbul etməsə, boğaz heç bir halda açılmayacaq.

Bir gün əvvəl İran və Oman xarici işlər nazirləri Abbas Araqçi və Bədr əl-Busaidi Tehranda danışıqlar aparıblar. İran çərşənbə axşamı iki tərəfin boğazdan müvəqqəti gəmiçilik marşrutu barədə razılığa gəldiyini açıqlayıb. Tehran iddia edir ki, bu, ABŞ-ın təşəbbüsü ilə Oman sahili yaxınlığında yaradılan başqa bir marşrutu əvəz etmək niyyətindədir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!