Maşın almaq istəyənlərin DİQQƏTİNƏ! Bazarda nə baş verir?

saytların hazırlanması

Evə çatdırılma

Maşın almaq istəyənlərin DİQQƏTİNƏ! Bazarda nə baş verir?

Avto

22 Oktyabr 2026 10:48 306


Azərbaycana xarici ölkələrdən gətirilən avtomobillərin sayında kəskin azalma qeydə alınıb. Bu ilin yanvar-sentyabr aylarında ölkəyə ümumilikdə 57 min 275 avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsinin açıqladığı rəsmi məlumatlara əsasən, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 27 min 982 ədəd və ya 33 faiz azdır.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ilin ilk 9 ayı ərzində Azərbaycana 85 min 257 ədəd nəqliyyat vasitəsi gətirilmişdi. Statistika göstərir ki, son bir il ərzində avtomobil idxalında təxminən 28 min ədədə yaxın azalma müşahid olunub.

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev bildirib ki, ötən il fərdi şəxslər tərəfindən idxal olunan, xüsusilə də Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobillərin sayı yetərincə çox olub: Sezar pizza

“Ölkə üzrə buraxılış ili 10 ildən yuxarı olan avtomobillərin ölkəyə gətirilməsi artıq dayandırılıb, bu artıq bir standartdır.

Digər tərəfdən, ötən illərdə 100 min ətrafında avtomobil idxal olunub, yəni rekord sayda idxal həyata keçirilib. Məlum olduğu kimi, son iki ildə ölkəmizə paralel idxal vasitəsilə, yəni fərdi şəxslər tərəfindən idxal olunan, xüsusilə də Çinin daxili bazarı üçün nəzərdə tutulmuş avtomobillərin sayı yetərincə çox olub.

Ötən ilin dördüncü rübünün əvvəlində bu şəxslərə güzəştlərin müddətinin bitəcəyi bəlli idi. Bu səbəbdən həmin şəxslər yetərincə avtomobil idxal edərək gömrük rəsmiləşdirilməsini aparıb, sonradan bu il həmin avtomobilləri satışa çıxardılar. Beləliklə, ötən ilin idxalı bu ilin idxal payına müdaxilə etmiş oldu. Bunu açıq şəkildə deyə bilərik”.

E.Əliyev vurğulayıb ki, bu il idxal olunmalı olan avtomobillər əslində ötən illərdə paralel idxalçılar tərəfindən ölkəyə gətirilib:

“Bu il idxal olunmalı olan avtomobillər əslində ötən illərdə paralel idxalçılar tərəfindən ölkəyə gətirilmişdi. Burada bəzən qiymət amilləri ucbatından bir çoxları avtomobilləri zərərinə, dəyər-dəyməzinə satdılar və bu gün də satmaqdadırlar. Bu da bazardakı vəziyyətə təsir göstərdi.

Həmçinin insanların paralel idxala olan inamının itməsi həmin avtomobillərin əllərdə qalmasına və satılmamasına gətirib çıxardı. Bundan başqa, güzəştlərin bitməsi istər-istəməz ikinci əl bazarını canlandırdı.

Bildiyiniz kimi, 2025-ci il ərzində ikinci əl bazarında olan avtomobillərin dəyəri 40–45%-ə qədər aşağı düşmüşdü. Güzəşt müddəti bitdikdən sonra həmin qiymətlər yenidən 30–35%-ə qədər əvvəlki səviyyəsinə bərpa olundu. Nəticədə insanların bir qismi yenidən ikinci əl avtomobillərə üz tutdu”.

Sədr əlavə edib ki, yaxın gələcəkdə idxal dinamikasının aşağı enməsi gözlənilmir:

“Sözsüz ki, bu güzəştlər avtoparkımızın yenilənməsi istiqamətində böyük bir addım idi. Utilizasiya proqramı ilə birgə böyük bir təkan oldu. Hətta taksi parkımızın, deyərdim ki, bəlkə də 90%-nin yenilənməsinə böyük töhfə verdi. Bu gün taksi parkımızdakı avtomobillərin 90–95%-nin yeni avtomobillər olduğunu aşkar görürük və bu da sevindirici haldır. Bu il idxal dinamikasının aşağı düşməsi ötən il idxal olunmuş avtomobillərin sayının çoxluğu və onların bu il bazar payına daxil olması ilə əlaqədardır. Lakin bu o demək deyil ki, idxal dinamikası həmişə belə aşağı gedəcək. Bildiyiniz kimi, ölkəmizdə utilizasiya proqramı həyata keçirilir, artıq 40 minə yaxın avtomobil utilizasiyaya təqdim olunub və günbəgün bu sayı artır. Utilizasiyanın olduğu yerdə avtomobil idxalı qismən aşağı düşə bilər, amma bunun katastrofik bir həddə çatacağını düşünmək düzgün deyil”.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!