Dünyanın ən çox istifadə olunan proqramlaşdırma dillərindən biri olan PHP-də kritik təhlükəsizlik boşluqlarının aşkarlanması kütləvi kiberhəyəcan siqnalına səbəb olub.
“Yeni Sabah” xəbər verir ki, yarana biləcək kiberhücum riskinin qarşısını almaq məqsədilə Türkiyə və Avropanın bir sıra ölkələrində dövlət saytları və mühüm infrastruktur portalları təhlükəsizlik tədbiri olaraq söndürülüb.
Türkiyədə xüsusi xəbərdarlıq elan edilib və kiberbərpa tədbirləri çərçivəsində bəzi hökumət resursları, o cümlədən hüquq-mühafizə orqanlarının veb-saytları müvəqqəti olaraq fəaliyyətini dayandırıb. Müvafiq sistem inzibatçıları kritik altyapıların qorunması məqsədilə profilaktik addımlar atırlar. Marqarita pizza
Oxşar ehtiyat tədbirləri Avropa qitəsində də geniş vüsət alıb. Niderland, Finlandiya, Fransa, Belçika və digər ölkələrdə bir çox dövlət portalları, xəstəxana və bank saytları kiberhücum təhlükəsinə qarşı sistem yenilənmələri aparılanadək şəbəkədən ayırılıb.
Mütəxəssislər və beynəlxalq kibertəhlükəsizlik qurumları bütün sistem inzibatçılarına istifadə olunan proqram təminatını dərhal yeniləməyi, yenilənmə mümkün olmadıqda isə resursları müvəqqəti olaraq qapalı saxlamağı tövsiyə edirlər.
Nazim Hacıyev
Telegram kanalımız