Körfəzdə həyəcan: ABŞ vətəndaşlarını çıxarır...

saytların hazırlanması

Evə çatdırılma

Körfəzdə həyəcan: ABŞ vətəndaşlarını çıxarır...

Dünya

22 Oktyabr 2026 09:48 55


Yaxın Şərqdə ABŞ və İran arasında gərginliyin artması Körfəz bölgəsində narahatlığı gücləndirib. Vaşinqton Səudiyyə Ərəbistanında çalışan bəzi əməkdaşlarına və onların ailələrinə ölkəni tərk etməyi tapşırıb. Bu xəbərlərin yayıldığı vaxt İranın Hörmüz boğazı yaxınlığında bir neçə partlayış səsi eşidilib.

“Yeni Sabah” xəbər verir ki, ABŞ Səudiyyə Ərəbistanında təhlükəsizlik risklərini nəzərə alaraq diplomatik heyətinin bir hissəsinin və onların ailələrinin ölkədən çıxarılması barədə qərar verib. ABŞ Dövlət Departamentinin sözçüsü Tommi Piqqott “X” hesabında bildirib ki, Yəməndə İranın dəstəklədiyi husilərin Səudiyyə Ərəbistanındakı mülki hədəflərə hücumları səbəbindən təcili vəzifələrdə çalışmayan ABŞ hökumət əməkdaşlarından və onların ailələrindən ölkəni tərk etmələri istənilib.

Piqqott qərarın hələlik yalnız Səudiyyə Ərəbistanına aid olduğunu vurğulayıb. pizza

“Reuters” agentliyinə danışan dörd ABŞ rəsmisi Vaşinqtonun digər Körfəz ölkələrindəki diplomatik nümayəndəliklərdə çalışan əməkdaşların ailələrinə də ölkədən ayrılmaq göstərişi verməyə hazırlaşdığını bildirib. Lakin Piqqott Səudiyyə Ərəbistanından başqa ölkələrdəki diplomatik nümayəndəliklərlə bağlı hər hansı yeni qərarın verildiyini açıqlamayıb.

Qeyd edək ki, ABŞ İsraillə birlikdə fevralın sonunda İrana qarşı müharibəyə başlayıb. Tehran isə buna cavab olaraq bölgədəki ABŞ obyektlərinə zərbələr endirib. Bundan sonra Vaşinqton diplomatik heyətinin bir hissəsini bölgədən çıxarıb. Sonrakı aylarda isə həmin əməkdaşların bəziləri yenidən bölgəyə göndərilib.

ABŞ Dövlət Departamentinin sözçüsü bildirib ki, İranın dəstəklədiyi husilər Səudiyyə Ərəbistanına hücumlarını artırıblar. Onların mülki hava limanlarını və mühüm infrastrukturu hədəf aldığı qeyd olunub. Piqqott hücumların insan tələfatına və nəqliyyatda ciddi problemlərə səbəb olduğunu deyib. ABŞ-nin Ər-Riyaddakı səfirliyi də çərşənbə günü təhlükəsizlik xəbərdarlığı yayaraq husilərin Səudiyyə Ərəbistanına yeni hücumlar edə biləcəyi barədə xəbərdarlıq edib.

Bu xəbərdarlıq Ər-Riyad Beynəlxalq Hava Limanının da hədəfə alındığı və insan tələfatı ilə nəticələnən son hücumlardan sonra verilib.

ABŞ-nin təxliyə hazırlığı ilə bağlı xəbərlərin yayıldığı vaxt İranın cənubunda da partlayış səsləri qeydə alınıb. İranın rəsmi IRNA xəbər agentliyinin məlumatına görə, Hörmüzgan vilayətinin Sirik şəhərində, Karpan bölgəsində bir neçə partlayış səsi eşidilib. Partlayışların hücum nəticəsində baş verdiyi, yoxsa bölgədən raketlərin buraxılması ilə əlaqəli olduğu hələ məlum deyil. Yerli mənbələr də hadisənin səbəbi barədə açıqlama verməyiblər. Məlumata görə, son həftələrdə döyüşlərin nisbətən azaldığı bölgədə bu ay qeydə alınan ilk belə hadisədir.

ABŞ və İsrailin fevralın sonunda İrana qarşı başladığı hücumlarla alovlanan müharibə dünya enerji ticarəti üçün mühüm əhəmiyyət daşıyan Hörmüz boğazında da gərginliyi artırıb. İran boğazdan keçən gəmilərin öz qurumlarından icazə almasını tələb edərək dəniz nəqliyyatını məhdudlaşdırmağa çalışır. ABŞ isə İranın limanlarına və gəmilərinə qarşı əks blokada tətbiq etməyə başlayıb. Müharibədən əvvəl dünya üzrə neft tədarükünün təxminən beşdə biri Hörmüz boğazından daşınırdı. Buna görə də bölgədə baş verən hadisələr dünya enerji bazarlarında yaxından izlənilir.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!