FIFA-dan Azərbaycana aid paylaşım

saytların hazırlanması

Evə çatdırılma

FIFA-dan Azərbaycana aid paylaşım

İdman

22 Oktyabr 2026 10:00 67


Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır.

"Yeni Sabah" xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib.

Qurum Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb: Pepperoni pizza

"Bura 66 günə AFFA tərəfindən ərsəyə gətirilib. Azərbaycan FIFA U-15 dünya çempionatı və festivalına hazırdır".

Xatırlatma: U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!