“SIREN TRADING” şirkətinin ölkəyə idxal etdiyi “Qerkules” yulaf məhsulunda ciddi keyfiyyət problemi aşkarlanıb.
“Yen sabah” xəbər verir ki, istehlakçı fərqli vaxtlarda aldığı, son istifadə tarixi bitməmiş məhsulların içərisindən həşəratlar çıxdığını bildirib.
Məhsulun xüsusilə uşaqlar üçün nəzərdə tutulduğunu vurğulayan alıcı, uşaqların qida təhlükəsizliyi və sağlamlığının riskə atıldığını deyərək şirkətdən rəsmi açıqlama tələb edib. Eyni zamanda, aidiyyəti qurumlara məhsul partiyasının araşdırılması və zərurət yarandığı halda satışdan yığışdırılması ilə bağlı müraciət olunub. Toyuqlu pizza
Cəlalə Cəlalqızı
Telegram kanalımız