“Meqa Sığorta“nın xalis mənfəəti azalıb

saytların hazırlanması

Evə çatdırılma

“Meqa Sığorta“nın xalis mənfəəti azalıb

İqtisadiyyat

22 Oktyabr 2026 10:46 64


“Meqa Sığorta” ASC 2026-cı ilin ilk 9 ayına (30.09.2026 tarixinə) olan rəsmi maliyyə göstəricilərini açıqlayıb.

“Yeni Sabah” xəbər verir ki, sığorta şirkətinin ümumi gəlirləri artsa da, xərclərin daha yüksək sürətlə böyüməsi xalis mənfəətin azalmasına səbəb olub.

Hesabat dövründə şirkətin ümumi gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 25 927 015 manatdan 28 098 175 manata (8,37% artım) yüksəlib. Gəlirlərin tərkibində əsas əməliyyat gəlirləri 27 314 609 manat, investisiya gəlirləri isə 3 056 230 manat təşkil edib. Dördpendirli pizza

Sığorta qurumunun ümumi xərcləri isə 22 176 435 manatdan 24 878 563 manata (12,18% artım) çataraq gəlir artımını üstələyib. Xərclərin 15 160 992 manatını əsas əməliyyat xərcləri, 9 663 793 manatını isə işlərin aparılması xərcləri təşkil edib.

Nəticədə “Meqa Sığorta” ASC-nin vergidən əvvəlki maliyyə mənfəəti 3 750 580 manatdan 3 219 612 manata enib. Şirkət 441 238 manat mənfəət vergisi ödədikdən sonra xalis mənfəəti ötən ilin ilk 9 ayı ilə müqayisədə 226 490 manat və ya 7,54% azalaraq 3 004 864 manatdan 2 778 374 manata düşüb.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!