Tramp yenə İrandan danışdı

saytların hazırlanması

Evə çatdırılma

Tramp yenə İrandan danışdı

Dünya

22 Oktyabr 2026 09:35 53


Vaşinqton hazırda Tehranla danışıqlar aparmır.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

"Xeyr, düşünmürəm ki, danışıqlar aparırıq. Bu və ya digər şəkildə, tezliklə bir şey baş verəcək, çox tezliklə baş verəcək. Əksər insanlar bunun seçkilərdən sonra baş verəcəyini düşünür", - deyən Tramp mövzunu dəqiqləşdirməyib. pizza hut

O əlavə edib: "İranın pulu yoxdur və ABŞ onun ordusunu, hava qüvvələrini və donanmasını məhv edib".

Xatırlatma: "The New York Times" mənbələrə istinadən xəbər verib ki, ABŞ və İsrail hərbçiləri noyabr ayında keçiriləcək ABŞ Konqresinin aralıq seçkilərindən sonra İrana qarşı hücumları bərpa etmək planları hazırlayıblar. Lakin Ağ Evin mətbuat katibinin müavini Anna Kelli "Əl-Cəzirə"yə bildirib ki, nə İsrail, nə də ABŞ seçkilərdən əvvəl İrana qarşı birgə əməliyyat planlaşdırmır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!