İranda 82 min məhbus əfv olundu

saytların hazırlanması

Evə çatdırılma

İranda 82 min məhbus əfv olundu

Dünya

13 Mart 2023 15:15 620


"indiyədək 82 min nəfər əfv olunub".

Yenisabah.az "Mizan"a istinadla xəbər verir ki, bunu İranın Məhkəmə hakimiyyətininn başçısı (Ali Məhkəmə) Möhseni Ejei deyib.

Onun sözlərinə görə, əfv olunanların sayı arta bilər. pizza

Möhseni Ejei bildirib: "Bu saydan 22 min nəfər iğtişaşlara görə ya məhkum olunmuş, ya da hökm çıxarılmazdan əvvəl əfv edilmiş şəxslərdir. Təbii ki, bu adamların bir neçəsi həbsxanada idi və əksəriyyəti ya əfv sərəncamı ilə həbsdən çıxıb, ya da cinayət işlərinin icraatına xitam verilib.

İğtişaşçılardan başqa 60 000-dən çox digər məhkum əfv olunub. Onlardan 25 000 nəfəri ya həbsdən azad edilib, ya da həbs müddətləri azaldılıb. Ümumən 34 min nəfərin cəzası azaldılıb.

Əfv sərəncamı zorakı cinayətlərdə və quldurluqda təqsirli bilinənlərə şamil olunmayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!