İranda bir neçə idmançı saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

İranda bir neçə idmançı saxlanıldı

Dünya

15 Fevral 2026 15:51 330


İran təhlükəsizlik qüvvələri Gilan əyalətində bir neçə idmançının evinə gecə saatlarında basqın edərək beş nəfəri saxlayıb.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, basqın zamanı dörd boksçu - Milad Şahbazi, Müctəba Yəzdani, Məcid Həbibzadə və Behnam Zəfəri, habelə, "Mələvan" futbol klubunu keçmiş oyunçusu Saman Nurməhəmmədi tutulub. Toyuqlu pizza

Təhlükəsizlik qüvvələri evlərdə axtarış apardıqdan sonra saxlanılan şəxsləri Rəşt şəhərindəki ETTELAAT (Təhlükəsizlik və Kəşfiyyat İdarəsi) İdarəsinə təhvil veriblər.

Saxlanılanların hansı ittihamlarla üzləşdiyi və hazırkı durumları ilə bağlı rəsmi açıqlama verilməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!