İranda güclü zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

İranda güclü zəlzələ baş verdi

Dünya

05 Dekabr 2024 09:16 887


İranın qərbində İraqla sərhəd yaxınlığında 5,4 bal gücündə zəlzələ qeydə alınıb.

“Yeni Sabah” APA-ya istinadən bildirir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 841 min nəfər əhalisi olan Əhvaz şəhərindən 99 km şimal-şərqdə yerləşib.

Zəlzələnin hiposentri yerin 10 km dərinliyində olub.

İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!