İranda həbs olunan “Super casus“ kimdir?

saytların hazırlanması

Evə çatdırılma

İranda həbs olunan “Super casus“ kimdir?

Dünya

10 Yanvar 2023 11:03 873


İranın keçmiş yüksək vəzifəli rəsminin həbs edilməsinə dair iddialar güclənməkdədir.

Yenisabah.az xəbər verir ki, bu barədə ilk məlumatı media fəalı Abbas Aslani öz "Twitter" hesabında açıqlayıb.

O qeyd edib: "Təcili: Məlumatlara görə, İranın keçmiş yüksək vəzifəli bir məmuru xarici kəşfiyyat xidmətinə casusluq etdiyi üçün həbs olunub. "Super casus" adlandırılan bu şəxs mühüm vəzifə daşıdığına görə ölkənin strukturunda yüksək nüfuza malik olsa da, nəhayət ki, müəyyən edilərək həbs və mühakimə olunub". Marqarita pizza

Bu məlumatın ardınca ərəbdilli media fəalı Əli Haşim başqa iddia ilə çıxış edib. 

O, İranda həbs olunan və yüksək səviyyəli məmur kimi xatırlanan şəxsin nazir vəzifəsindən aşağı pilləni tutduğunu bildirib.

Ə. Haşim mənbələrə istinadla iddia edib: "Həbs edilən şəxs illər əvvəl Müdafiə Nazirliyində işləyib, lakin o, nüfuzunu qoruyub saxlayıb və nüvə danışıqlarında rol oynayıb".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!