Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“İranı ən çox qıcıqlandıran şiə Azərbaycanın sünni Türkiyə ilə dostluq, qardaşlıq etməsidir”
18 Sen 2021 23:33
1472

“İranı ən çox qıcıqlandıran şiə Azərbaycanın sünni Türkiyə ilə dostluq, qardaşlıq etməsidir”

İrandan Ermənistana silah-sursatdan tutmuş, enerji, aqrar, yüngül sənaye və başqa məhsulların daşınması Azərbaycana 1996-cı ildən məlum idi və bir neçə dəfə etiraza baxmayaraq, İran Azərbaycana qarşı yaramaz əməllərindən heç vaxt əl çəkməyib və görünür, əl çəkməyəcək də...”.

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın sabiq spikeri Rəsul Quliyev bildirib.

R.Quliyevin sözlərinə görə, İran Azərbaycana da “kömək” edir: “Azərbaycanın bütün rayonlarında fundamentalist şiə müsəlmanlarını yerləşdirir və onların əli ilə Azərbaycanda dövlət çevrilişi etmək istəyir. İranı ən çox qıcıqlandıran şiə Azərbaycanın sünni Türkiyə ilə dostluq-qardaşlıq etməsidir. Bu səbəbdən də bunu həzm edə bilmir. İran Azərbaycanın onun göstərişi ilə oturub-durmasını istəyir və bunu qanuna uyğun hesab edir. İranın Ermənistanla ticarəti yalnız və yalnız İranın azərbaycanlılar yaşadığı torpaqlardan keçir. Yəni İranla Ermənistanın fars, kürd və ya başqa millətlərin yaşadığı yerlərlə heç bir kilometrlik belə sərhədi yoxdur.

Azərbaycanlılardan qorxduğu üçün (Güney azərbaycanlılarından) İran belə siyasət aparır, fantaziyadır. Şah İsmayıl Xətaidən tutmuş bu günə qədər ortaya çıxan liderlər, Qacarlar dinastiyası, Səttar xan (bir çoxlarının Səttar xanın guya Azərbaycan uğrunda vuruşurmuş ideyası fantaziyadır) İranda parlamentin yenidən işə başlaması və İranın yenidən sivil qüdrətli bir dövlət olması uğrunda vuruşurdu. Bütün azərbaycanlı, türk liderlər İranın qüdrətli ölkə olması uğrunda vuruşub. Güney azərbaycanlılarının ayrılıb ya Azərbaycanla birləşmək, ya da ayrıca dövlət yaratmaq niyyəti yoxdur. Hesab edirəm ki, biz ilk növbədə İran dini fundamentalistlərini zərərsizləşdirməliyik və Ermənistanla sərhəddə yaşayan azərbaycanlılar arasında iş aparmalıyıq.

Yəni, İranın Ermənistana köməyinin həm bizə, həm də onlara bir azərbaycanlı kimi böyük ziyanı var, onun qarşısını almaq onların borcudur ideasını başa salmalıyıq. İran Rusiya və Tacikstandan başqa heç kimlə dostluq etmir. İran Rusiya kimi izolyasiyaya salınmış ölkədir. Ona görə dostdurlar. Bu gün bizim qorxacağımız bu iki ölkədir. İran bizimlə sərhəddə ən güclü ölkədir və idealogiyası çox təhlükəlidir. Azərbaycan İranı yerinə oturtmağa cəhd edib və bu işə başlayıb. İranın qudurmuş məxfi təşkilatları, dini mərkəzləri hamısı Azərbaycana qarşı quduzlaşacaq. Azərbaycan hüquq-mühafizəyə qulluq edən nazirliklər, dövlət işçilərinin rəhbərləri və xüsusi əhəmiyyətli hər kəsin mühafizəsini gücləndirməlidir. Xarici və daxili kəşfiyyat həm müasir texnologiyalı aparatlarla və peşəkar işçilərlə ən azı 30 faiz gücləndirilməlidir. Ən əsası savadsız adamlar neytrallaşdırılmalıdır. Xüsusilə pulla asanlıqla vətənini sata bilən insanlar vəzifə, biznesdən uzaqlaşdırılmalıdır. Azərbaycanlılar liberal şiələrdir. Bu statumuz möhkəmlənməlidir. Xüsusilə din idarələrində çalışan satqınlardan azad olmaq lazımdır". 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər