“İranla müharibə çox tezliklə başa çatacaq” - Tramp   KRİTİK MESAJ

saytların hazırlanması

Evə çatdırılma

“İranla müharibə çox tezliklə başa çatacaq” - Tramp KRİTİK MESAJ

Siyasət

08 Oktyabr 2026 01:07 76


ABŞ-nin İrana qarşı hərbi əməliyyatı “çox tezliklə” başa çatacaq.

"Yeni Sabah" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp İranla hərbi münaqişənin başa çatmasının dünya bazarında yanacağın qiymətlərinin kəskin azalmasına səbəb olacağını yenidən iddia edib. Dördpendirli pizza

“Müharibəni başa çatdıran kimi neftin qiyməti daş kimi düşəcək. Bu isə çox tezliklə olacaq. Bu, çox tezliklə baş verəcək. Biz bu məsələni bu və ya digər şəkildə həll edəcəyik”, – ABŞ Prezidenti deyib.

Trampın fikrincə, neftin qiyməti hətta müharibə başlamazdan əvvəl müşahidə olunan səviyyədən də aşağı düşə bilər./APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!