İsa Həbibbəyli mərkəzə yeni direktor   TƏYİN ETDİ

saytların hazırlanması

Evə çatdırılma

İsa Həbibbəyli mərkəzə yeni direktor TƏYİN ETDİ

Sosial

05 İyun 2026 13:00 147


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şəki Regional Elmi Mərkəzinə yeni direktor təyin edilib.

“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, bu barədə akademiyanın prezidenti, akademik İsa Həbibbəyli müvafiq əmr imzalayıb.

Əmrə əsasən, filologiya elmləri doktoru, dosent Kamil Adışirinov AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru vəzifəsinə gətirilib. pizza hut

O, son aylarda mərkəzin direktoru vəzifəsini müvəqqəti icra edirdi.

Qeyd edək ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin əvvəlki direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü aprelin 28-də vəfat edib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!