İsa Qəmbər üçün özəl gün 

saytların hazırlanması

Evə çatdırılma

İsa Qəmbər üçün özəl gün 

Siyasət

24 Fevral 2024 09:40 1025


Eks-spiker, Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbərin doğum günüdür. Bu gün onun 67 yaşı tamam olur. 

Yenisabah.az xəbər verir ki, İsa Qəmbər 24 fevral 1957-ci ildə Bakı şəhərində anadan olub. O, əslən Füzuli rayonu Kürdlər kəndindədir. 

1974-cü indiki Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirib. Azərbaycan Xalq Cəbhəsinin qurucu üzvlərindən biri və İdarə Heyətinin üzvü, XII çağırış Azərbaycan SSR-in Ali sovetinin deputatı olub. 18 may 1992 - 13 iyun 1993-cü illərdə Azərbaycan Respublikası Ali sovetinin sədri, 17 may 1992 - 16 iyun 1992-ci illərdə prezident səlahiyyətlərinin icraçısı, Müsavat Partiyasının 5-ci başqanı olub.

Tarixi üzrə fəlsəfə doktorudur. 

Hazırda Milli Strateji Düşüncə Mərkəzinə rəhbərlik edir.  

Ailəlidir, 2 oğlu var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!