Azərbaycan Qran-prisində üçüncü yeri tutan "Red Bull" pilotu İsak Hacar karyerasında ilk podiumuna görə çox şad olduğunu bildirib.
"Yeni Sabah" xəbər verir ki, bu barədə İ.Hacar yarışdan sonrakı müsahibəsində bildirib.
"Mən xoşbəxtəm. Özümü güclü hiss edirəm və bu həftəsonu addım-addım irəlilədim. Bu trasda (Bakıda – red.) çox tez divara çırpılmaq olar, mənə isə bu, heç lazım deyildi. Buna görə də yavaş-yavaş özümə inamı artırırdım və bu yanaşma nəticə əldə etməyə imkan verdi. Bu, təmiz temp sayəsində qazanılan ilk podiumumdur, ona görə də çox məmnunam", - o qeyd edib.\"Report" pizza sifarişi
Telegram kanalımız