Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

İşdən çıxarılan Ayaz Həsənov haqda  maraqlı məlumatlar...
23 İyl 2021 18:41
4765

İşdən çıxarılan Ayaz Həsənov haqda maraqlı məlumatlar...

Xəbər verdiyimiz kimi, bu gün general-leytenant Ayaz Binyat oğlu Həsənov Azərbaycan Ordusunun Baş Qərargah rəisinin müavini – Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Modern.az-ın məlumatına görə, Ayaz Binyət oğlu Həsənov 1 aprel 1972-ci ildə Şamaxı rayonunda anadan olub. 1989-cu ildə C. Naxçıvanski adına hərbi liseyi, 1993-cü ildə Sankt-Peterburq Ali Ümumqoşun Komandirlər Məktəbini Dəniz piyada ixtisası üzrə, 1999-cu ildə Silahlı Qüvvələrin Hərbi Akademiyasının ilk buraxılışını fərqlənmə ilə bitirib.

Müxtəlif vaxtlarda Hava desant hazırlığı, Xüsusi təyinatlı kurslarını müvəffəqiyyətlə bitirib. Türkiyə Silahlı Qüvvələrinin Qərargah və əməliyyat-taktiki təlimlərində iştirak edib

Ayaz Həsənov 1993-cü ildən taqım, bölük komandiri, taborun qərargah rəisi, tabor komandiri, briqadanın qərargah rəisi, briqada komandiri, Ordu korpusunun qərargah rəisi-korpus komandirinin birinci müavini, Ordu korpusunun komandiri, Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordu komandanının birinci müavini-qərargah rəisi vəzifələrində xidmət edib.

O, 2003-cü il iyunun 24-də Ümummili lider Heydər Əliyevin Sərəncamına əsasən "Hərbi xidmətlərə görə" medalı ilə təltif olunub.

2007-ci il iyunun 21-də Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

Bundan əlavə, Ayaz Həsənov 2012-ci il iyunun 25-də "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub və ona "general-mayor" ali hərbi rütbəsi verilib.

2013-cü il iyunun 25-də "Vətən uğrunda" medalına layiq görülüb. 2017-ci il mayn 5-də Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini — Əməliyyat Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilib. Ona 2018-ci il iyunun 25-də "general-leytenant" ali hərbi rütbəsi verilib.

2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi və Bakı şəhərinin işğaldan azad olunmasının 100 illiyi ilə əlaqədar keçirilən hərbi parada komandanlıq edib.

2020-ci il iyunun 25-də "İgidliyə görə" medalı ilə təltif olunub.

Qeyd edək ki, Ayaz Həsənov Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 09.12.2020-ci il tarixli Sərəncamına əsasən "Zəfər" ordeni ilə təltif edilib.

Ailəlidir. 2 övladı var. / Moderator

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər