İşdən çıxarılan baş həkimə yeni vəzifə verildi

saytların hazırlanması

Evə çatdırılma

İşdən çıxarılan baş həkimə yeni vəzifə verildi

Sosial

25 Avqust 2026 16:24 346


Bakıda daha bir tibb müəssisəsinə yeni baş həkim təyin olunub.

“Yeni Sabah” Ölkə.az-a istinadən xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Suraxanı rayonunda yerləşən 43 saylı Şəhər Poliklinikasının baş həkimi Ramella Quliyeva vəzifəsindən azad olunub və təqaüdə göndərilib. Dominos pizza

Digər əmrlə, Naibə Əzizova adıçəkilən tibb müəssisəsinin baş həkimi təyin olunub.

Qeyd edək ki, o, əvvəllər Zığ Sağlamlıq Mərkəzinin baş həkimi işləyib. N.Əzizova bir müddət əvvəl tutduğu postdan azad olunmuşdu.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!