İspan nəhəngləri 15 yaşlı futbolçu uğrunda mübarizə aparır

saytların hazırlanması

Evə çatdırılma

İspan nəhəngləri 15 yaşlı futbolçu uğrunda mübarizə aparır

İdman

08 Oktyabr 2026 13:57 62


"Real Madrid" və "Barselona" transfer bazarında növbəti dəfə qarşı-qarşıya gəliblər.

“Yeni Sabah” xəbər verir ki, hər iki nəhəng "Mançester Yunayted"in 15 yaşlı perspektivli futbolçusu JJ Qabrielin transferi üçün mübarizəni kəskinləşdirib.

Həm "Kral klubu"nun, həm də Kataloniya təmsilçisinin gənc ulduz üçün ciddi maliyyə təklifləri hazırladığı bildirilir. Lakin mübarizə yalnız İspaniya nəhəngləri ilə məhdudlaşmır. Dördpendirli pizza

Almaniyanın "Bayern Münhen" klubu da oyunçunun nümayəndələri ilə yenidən təmasa keçib.

Yaxın günlərdə Kipr pasportu alması gözlənilən 15 yaşlı futbolçu, nəzərdə tutulan planlar reallaşacağı təqdirdə yanvar ayında sərbəst agent statusu ilə istənilən yeni kluba keçmək imkanı əldə edəcək.

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!