İspaniyada növbədənkənar seçkilər keçiriləcək

saytların hazırlanması

Evə çatdırılma

İspaniyada növbədənkənar seçkilər keçiriləcək

Dünya

06 Oktyabr 2026 15:55 65


İspaniyada Baş nazir Pedro Sançez rəhbərliyindəki sosialist hökuməti ciddi siyasi və sosial təzyiqlər fonunda növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə çətin qərar qəbul edib.

“Yeni Sabah” xəbər verir ki, ölkədə mənzil böhranı və son olaraq ahıl bir sakinin evindən məcburi çıxarılmasından sonra alovlanan kütləvi etiraz dalğası Sançezin və onun Sosialist fəhlə partiyasının reytinginə sarsıdıcı zərbə vurub. Ölkə miqyasında artan narazılıqlar hökuməti parlamenti buraxaraq noyabrın 29-nu rəsmi seçki tarixi kimi elan etməyə vadar edib.

Yaranmış siyasi böhran fonunda sağçı-mühafizəkar "Vox" partiyası və onun lideri Santyaqo Abaskal mövqelərini sürətlə möhkəmləndirir. Donald Trampın siyasi xəttini dəstəkləyən, İsrailyönümlü, Avroskeptik və Kataloniya ilə Baskoniya regionlarının muxtariyyətinə barışmaz münasibəti ilə seçilən Abaskalın rəhbərlik etdiyi siyasi qüvvə sosialistlərlə aradakı səs fərqini minimuma endirməyi bacarıb. Ekspertlər noyabrda baş tutacaq növbədənkənar seçkilərin son illərin ən gərgin və bərabərşanslı siyasi mübarizələrindən birinə səhnə olacağını bildirirlər. Marqarita pizza

Nazim Hacıyev


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!