Yaxın günlərdə Türkmənistanın paytaxtı Aşqabadda İsrail səfirliyi açılacaq.
Yenisabah.az "Maa”ya istinadla xəbər verir ki, xarici işlər naziri Eli Koenin Aşqabada səfəri gözlənilir.
"İsrail-Türkmənistan əlaqələri mühüm və strateji xarakter daşıyır və bütün regionla əlaqələri gücləndirmək məqsədi daşıyan fəaliyyətin bir hissəsidir", - deyə nazir vurğulayıb. Sezar pizza
O əlavə edib: "Biz iki tərəf arasında iqtisadi əməkdaşlığı gücləndirməyə davam edəcəyik, o cümlədən səhiyyə və kibermüdafiə sahələrində".
Koen daha sonra vurğulayıb ki, səfirlik açılışı İsrail-Türkmənistan əlaqələrinin möhkəmlənməsinin daha bir əlamətidir və iki tərəf arasında əlaqələrin qurulmasının 30 ilini təmsil edir".
Telegram kanalımız