İsrail ordusu Qəzzada HƏMAS-ın iki komandirini zərərsizləşdirdi

saytların hazırlanması

Evə çatdırılma

İsrail ordusu Qəzzada HƏMAS-ın iki komandirini zərərsizləşdirdi

Dünya

11 Sentyabr 2026 23:07 95


İsrail hərbçiləri Qəzza zolağında HƏMAS hərəkatının silahlı dəstələrinin iki komandirini zərərsizləşdiriblər.

"Yeni Sabah" xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

Onlardan biri HƏMAS-ın Xan-Yunis şəhərindəki hərbi qanadının komandiri Məhəmməd Yəzuri olub. O, sentyabrın 11-nə keçən gecə endirilən dəqiq zərbə nəticəsində öldürülüb. Ordunun məlumatına görə, eyni zamanda HƏMAS-ın həmin bölməsindən daha iki radikal da öldürülüb. pizza

Başqa bir əməliyyat nəticəsində Qəzza zolağının Misirlə sərhədində yerləşən Rəfah şəhəri ərazisində Müamin Cabir əs-Seyid Əbu Ləbda öldürülüb. İsrail hərbçilərinin məlumatına görə, o, Rəfahda HƏMAS-ın snayperlər bölməsinə komandirlik edib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!