İsrail Qəzza ətrafında bufer zonası yaradacaq 

İsrail Qəzza ətrafında bufer zonası yaradacaq 

Dünya Veb saytların hazırlanması

03 Dekabr 2023 13:37 483


Qəzza zolağında quru əməliyyatı başa çatdıqdan sonra İsrail Müdafiə Qüvvələri orada qoşun yerləşdirməyi planlaşdırmır, lakin sərhədə yaxın bufer zonası yaradacaq. 

Bu barədə “The Times of Israel” adı açıqlanmayan İsrail rəsmisinə istinadən xəbər verir. 

“Hərbi rəhbərlik Qəzza zolağı ilə sərhəddə müəyyən təhlükəsizlik bufer zonasının yaradılmasını müzakirə edir ki, HƏMAS öz hərbi qüvvələrini onun yaxınlığında cəmləşdirə bilməsin və yenidən İsraili təəccübləndirməsin. Bu, siyasi addım deyil, təhlükəsizlik tədbiridir. Biz Qəzza zolağından sərhədə bitişik ərazilərdə qalmağı planlaşdırmırıq”, - deyə nəşr onun sözlərini sitat gətirir. 

Qəzetin vurğuladığı kimi, İsrailin baş naziri Benyamin Netanyahu bu planları ABŞ dövlət katibi Antoni Blinkenlə bölüşüb.//Oxu.az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!