İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirdi
11 May 2021 22:56
1001

İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirdi

İsrail Müdafiə Qüvvələri “Həmas” radikal qruplaşmasının Qəzza zolağındakı 150 mövqeyinə eyni anda 80 qırıcı təyyarədən zərbə endirib.

Yenisabah.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Yonatan Konrikus brifinqdə bildirib.

Konrikus əlavə edib ki, İsrail tərəfi uzun müddətdən bəri ilk dəfədir ki, “Həmas” və “İslam Cihad” qruplaşmasının raket atəşi açdığı 150 nöqtələrini əhatəli şəkildə 80 təyyarə ilə zərbələr endirir.

O, həmçinin, çıxışı zamanı F-35 qırıcısından da istifadə edildiyini qeyd edib./Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər