İstanbulda məktəblər bağlandı

saytların hazırlanması

Evə çatdırılma

İstanbulda məktəblər bağlandı

Dünya

23 Aprel 2025 18:11 196


Türkiyənin İstanbul şəhərində baş verən zəlzələlərdən sonra 24-25 aprel tarixlərində məktəblər bağlanacaq.

Oxu.Az-ın "TRT News"a istinadən xəbərinə görə, bu barədə Türkiyənin milli təhsil naziri Yusuf Təkin məlumat verib.

"Məktəblərimizdən sadəcə ikisinin çöl suvaqlarında çatlar var. Bundan başqa, hər hansı bir problemimiz yoxdur. Daxili işlər naziri ilə danışdım. Hər hansı problemli vəziyyət yaranarsa, məktəblərin toplanma mərkəzi olması baxımından bizdən sabah və sonrakı gün məktəblərdə tətil edilməsini istədilər. Biz də sabah və birigün üçün məktəbləri bağlamaq qərarına gəldik", - deyə nazir bildirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!