İstanbuldakı zəlzələ zamanı xəsarət alanların sayı açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

İstanbuldakı zəlzələ zamanı xəsarət alanların sayı açıqlandı

Dünya

23 Aprel 2025 23:22 268


İstanbul və ətrafında baş verən zəlzələ nəticəsində 240-a yaxın Türkiyə vətəndaşı xəsarət alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu AFAD operativ qərargahında məlumat verib.

Nazir bildirib ki, yaralıların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac olmayıb, onlara yerindəcə köməklik göstərilib:

“Zəlzələ nəticəsində ümumilikdə 236 vətəndaşımız xəsarət alıb. Əsasən insanlar təşviş içində evlərindən çölə çıxan zamanı xəsarət alıblar. Onlardan 173-ü birbaşa İstanbuldadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!