"Azərbaycanda istehlak kreditlərinin həcmi artıb. Bunun əsas səbəblərindən biri bankların bu kreditlərə daha çox maraq göstərməsidir".
Bu sözləri “Yeni Sabah”a iqtisadçı Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, istehlak kreditləri, bir qayda olaraq, daha qısa müddətə və biznes kreditləri ilə müqayisədə daha yüksək faizlə verilir: Toyuqlu pizza
“Digər tərəfdən, vətəndaşların real gəlirlərinin azalması və cəmiyyətdə kredit hesabına yaşamaq vərdişinin formalaşması da istehlak kreditlərinə tələbi artırır. Gündəlik ehtiyaclarını və müxtəlif alışlarını qarşılamaq üçün daha çox kreditə müraciət edirlər.
Kreditin sərfəli olub-olmamasına isə hər kəs özü qərar verməlidir. Həm iqtisadçı kimi, həm də şəxsi yanaşmam baxımından hesab edirəm ki, əksər hallarda bu, mənə daha baha başa gələcək”.
Ekspert qeyd edib ki, müəyyən hallarda kreditdən istifadə etmək məntiqli ola bilər:
“Məsələn, faizsiz daxili kreditlə telefon və ya kompüter almaq mümkündürsə və həmin məhsulun nağd qiyməti ilə kreditlə alınma qiyməti eynidirsə, bu zaman kreditdən istifadə etmək daha sərfəli seçimdir. Amma problem kreditin yüksək faizlə götürülməsində yaranır. Məsələn, bəzi insanlar avtomobili 3 illik kreditlə alırlar və nəticədə kredit üzrə ödədikləri faiz və digər xərclər avtomobilin ilkin dəyərinə çox yaxınlaşır. Bu isə kifayət qədər ciddi maliyyə yüküdür. Əsas məsələ kreditin hansı faizlə, hansı müddətə və ümumilikdə nə qədər əlavə xərc yaratmaqla götürülməsidir”.
Cəlalə Cəlalqızı
Telegram kanalımız