2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan İtaliyaya 5 milyard 226 milyon ABŞ dolları dəyərində xam neft və neft məhsulları göndərilib. Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 8,8 faiz çoxdur.
“Yeni Sabah” xəbər verir ki, hesabat dövründə Azərbaycanın ümumi xam neft ixracının dəyəri 9 milyard 281,8 milyon dollar təşkil edib. Ölkəmizdən neft məhsulları alan dövlətlərin siyahısına yenə də İtaliya liderlik edir. Belə ki, 8 ay ərzində ümumi neft ixracının yarıdan çoxu - 56,3 faizi məhz bu ölkənin payına düşüb.
Telegram kanalımız