İTV-nin Yayım Şurasına sədr seçildi

saytların hazırlanması

Evə çatdırılma

İTV-nin Yayım Şurasına sədr seçildi

Sosial

19 İyul 2023 20:16 961


Bu gün İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının iclası keçirilib.

Yenisabah.az xəbər verir ki, toplantıda Yayım Şurasına yeni sədr seçkisi ilə bağlı məsələyə baxılıb.

Qurum üzvləri sədrliyə Azərbaycan Milli Elmlər Akademiyasını Şurada təmsil edən Teymur Kərimlinin namizədliyini irəli sürüblər. Açıq səsvermə yolu ilə Teymur Kərimli yekdilliklə 2029-cu ilədək Yayım Şurasının sədri seçilib.  pizza mizza

Xatırladaq ki, Yayım Şurası 9 nəfərdən ibarətdir. İctimai televiziya və radio yayımı haqqında qanuna əsasən, bu şəxslərin namizədliyi Həmkarlar İttifaqları Konfederasiyası, Mətbuat Şurası, Azərbaycan Milli Elmlər Akademiyası, idman federasiyaları, gənclər təşkilatları, dini konfessiyalar, Sahibkarlar Şurası, qadın cəmiyyətləri, yaradıcılıq təşkilatları tərəfindən irəli sürülür və Milli Məclisdə təsdiq olunur.

Teymur Kərimli 1953-cü ildə anadan olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA Humanitar elmlər bölməsinin akademik katibidir. Teymur Kərimli filologiya üzrə elmlər doktoru, bir çox kitabın və elmi araşdırmaların müəllifidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!