İxtisas seçən 56 min abituriyent ərizəsini təsdiq edib 

saytların hazırlanması

Evə çatdırılma

İxtisas seçən 56 min abituriyent ərizəsini təsdiq edib 

Sosial

25 Avqust 2023 11:05 398


Məlum olduğu kimi, ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi davam edir. Abituriyentlər 28 avqust saat 23:59-dək qəbul olmaq istədikləri ixtisasları “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edib təsdiq etməlidirlər. 

Dövlət İmtahan Mərkəzindən Yenisabah.az-a verilən məlumata görə, 25 avqust saat 09:45-ə olan məlumata əsasən, 56019 abituriyent ərizəsini təsdiq edib. Müsabiqəyə yalnız ərizəsini təsdiq etmiş şəxslər buraxılırlar.

Məlumat üçün qeyd edək ki, ixtisas seçimi ilə bağlı abituriyentlərə kömək etmək məqsədilə yaradılmış “Abituriyent Məsləhət Mərkəzləri” 26 avqust tarixində – şənbə günü də fəaliyyət göstərəcəklər. Marqarita pizza

“Abituriyent Məsləhət Mərkəzləri” saat 10:00-dan 17:00-dək Bakı şəhəri üzrə Memarlıq və İnşaat, Odlar Yurdu, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes və Bakı Avrasiya Universitetlərində, Gəncədə yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində, həmçinin Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində fəaliyyət göstərirlər.

Məsləhət mərkəzlərində ödənişsiz əsaslarla xidmət göstərilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!