İxtisas seçimi bu gün yekunlaşır

saytların hazırlanması

Evə çatdırılma

İxtisas seçimi bu gün yekunlaşır

Sosial

28 Avqust 2023 09:43 353


Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi bu gün başa çatır. 

Bu barədə Yenisabah.az-a Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.

DİM-in məlumatına görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək. pizza hut

28 avqust saat 09:00-a olan məlumata əsasən I-V ixtisas qrupları üzrə 67625 abituriyent ərizəsini təsdiq edib.

1180 abituriyent elektron ərizəsini yadda saxlasa da, hələlik təsdiq etməyib.

İxtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

İxtisasları seçib təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisas seçimi etməmiş digər abituriyentlərə (subbakalavrlara) tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər (subbakalavrlar) iştirak edə biləcəklər. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!