Jirinovskiyə qəbirüstü abidə qoyuldu

saytların hazırlanması

Evə çatdırılma

Jirinovskiyə qəbirüstü abidə qoyuldu

Dünya

06 Aprel 2023 12:08 734


Rusiyanın Liberal Demokrat Partiyası (RLDP) banisi Vladimir Jirinovskinin vəfatının ildönümündə Moskvada Novodeviçi qəbiristanlığında onun abidəsinin açılışı olub.

Yenisabah.az xəbər verir ki, mərasimə RLDP-nin yeni lideri Leonid Slutski rəhbərlik edib.

Tədbirdə Dövlət Dumasının spikeri Vyaçeslav Volodin və fraksiya deputatları, habelə Jirinovskinin oğlu və qızı da iştirak ediblər. Marqarita pizza

Vladimir Jirinovski - Sovet və Rusiya siyasətçisi, Rusiya Liberal Demokrat Partiyasının yaradıcısı olub. O, uzun sürən xəstəlikdən sonra 6 aprel 2022-ci ildə 75 yaşında vəfat edib.

Siyasətçinin abidəsini Rusiya Federasiyasının xalq rəssamı Andrey Kovalçuk hazırlayıb. Jirinovskinin bürünc fiquru tam boyda hazırlanmışdır, abidənin ümumi hündürlüyü postamentlə birlikdə 2,75 metrdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!