Jurnalist naziri söhbətə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Jurnalist naziri söhbətə çağırdı

Sosial

30 Sentyabr 2026 08:26 240


“Emin Əmrullayev müəllimləri, şagirdləri və tələbələri intellektsizlikdə ittiham edir. Yəqin ki, bunun üçün müəyyən əsasları var. Etiraz etmirəm. Sadəcə, kiçik bir təklifim var. Cənab nazir, gəlin bir dəfə də intellekt haqqında danışaq”.

“Yeni Sabah” xəbər verir ki, bu çağırışla jurnalist Azər Rəşidoğlu çıxış edib.

O, Elm və Təhsil naziri Emin Əmrullayevi intellektual söhbətə dəvət edib: Sezar pizza

“Mən sizdən cəmi bir müsahibə istəyirəm. Sizin qədər kitab oxuduğumu iddia etmərəm, amma mən də 1-2 kitabın üzünü açmışam. Düşünürəm ki, söhbətimiz maraqlı alına bilər.

Suallar əvvəlcədən göndərilməyəcək. Çünki intellektual söhbətin bir gözəlliyi də budur ki, insan yalnız hazırladığı cavablarla deyil, gözləmədiyi suallar qarşısında düşünmə qabiliyyəti ilə də görünür.

Suallarımız elm, təhsil və mədəniyyət haqqında olacaq. Nə siyasi polemika, nə də şəxsi ittiham. Sadəcə söhbət.

Bir az elm, bir az təhsil, bir az mədəniyyət və mümkün qədər çox düşüncə.

Razısınızsa, buyurun. Mikrofon məndə, cavablar sizdə...”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!