Kadırovun seçki nəticəsi dünya tarixinə düşdü   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Kadırovun seçki nəticəsi dünya tarixinə düşdü - VİDEO

Siyasət

21 Sentyabr 2026 22:34 425


Çeçenistanın rəhbəri Ramzan Kadırov keçirilən seçkidə 99,85 faiz səslə qalib gəlib.

"Yeni Sabah" xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, bütün protokolların emalından sonra Kadırov seçicilərin 99,85 faizinin dəstəyini qazanıb. Onun iki rəqibi – “Ədalətli Rusiya” partiyasından İsmail Denilxanov və Rusiya Kommunist Partiyasından Xalid Nakaev isə hərəyə 0,05 faiz səs toplayıb.

Beləliklə, Kadırov birbaşa seçkilərdə özünün əvvəlki nəticəsini də yaxşılaşdırıb. O, 2016-cı ildə 97,94 faiz, 2021-ci ildə isə 99,7 faiz səs toplamışdı. 2026-cı il seçkisindəki 99,85 faizlik nəticə onun şəxsi rekordudur. Sezar pizza

Kadırov 2007-ci ildən Çeçenistan rəhbəridir. Bu, onun region rəhbəri kimi üçüncü birbaşa seçkisidir.

Maraqlıdır ki, Ramzan Kadırov 98,85 faiz səslə dünya tarixində ən çox seçici səsi toplayan region rəhbəri adını qazanıb./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!