Kamçatkada bir saatda üç güclü zəlzələ baş verdi

saytların hazırlanması

Evə çatdırılma

Kamçatkada bir saatda üç güclü zəlzələ baş verdi

Dünya

01 Avqust 2025 23:57 385


Rusiyada Kamçatka yarımadasının sahillərində bir saat ərzində 5.0, 5.8, və 5.2 maqnitudalı üç zəlzələ baş verib.

Yenisabah.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Birinci zəlzələ Petropavlovsk-Kamçatskdan 187 km, digərləri isə müvafiq olaraq 238 və 218 km məsafadə qeydə alınıblar. Zəlzələ ocaqları 18,9-44,8 km dərinliklərdə yerləşib.

Heç bir halda dağıntı və tələfat haqqında məlumatlar verilməyib.

Xatırladaq ki, iyulun 30-da Kamçatka sahillərində 1952-ci ildən bəri ən güclü zəlzələ baş verib. Paralel olaraq, yarımadada Klyuçevskaya Sopka vulkanı püskürməyə başlayıb. Yeraltı təkanlar bölgədə hündürlüyü 4 m-ə çatan bir neçə sunami dalğası yaradıb. Liman və balıq emalı zavodu su altında qalıb, gəmilər yanalma körpülərindən aralanaraq, axına düşüb. Çin, Tayvan, İndoneziya və Yaponiyada da sunami xəbərdarlığı elan edilib./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!