Kamil atasından imtina etdi: Onun soyadı və adının yerinə də...

saytların hazırlanması

Evə çatdırılma

Kamil atasından imtina etdi: Onun soyadı və adının yerinə də...

Şou

23 Aprel 2025 18:33 4440


Tanınmış idmançı Kamil Zeynallının şəxsi həyatı ilə bağlı məlumat diqqət çəkib.

Yenisabah.az xəbər verir ki, fitnes məşqçisi olan oğlu ilə birgə verilişə qatılan anası Sahilə xanım atası ilə onun münasibətlərindən danışıb.

"Kamil ilə atasının arasına girməmişəm. Münasibətlərinin yaxşı olmasını istərdim. Bu qərarı Kamil özü verib. Dedi ki, atam mənim üçün yoxdur. Əsgərlikdən gələndən sonra atası ilə görüşə getdi, amma atası oğlunu qəbul etmədi. O, birdəfəlik atasının üstündən xətt çəkdi. pizza hut

Universiteti bitirəndə gördüm ki, sənədlərdə soyadına mənim soyadımı, ata adı yerinə də babasının adını yazıdırıb. Oğlum ağır həyat keçirib, bir qarnı tox, bir qarnı ac böyüyüb. Camaat bayram edib, kabab çəkəndə, bizə vermədikləri üçün Kamil ağlayırdı. Bunlar ürəyimə dağ olub. Şükür ki, Kamilin indi hər şeyi var. Allah onu qəlbinə görə mükafatlandırdı". /Milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!