Müğənni Gülay Zeynallı sosial şəbəkədə canlı yayım zamanı sualları cavablayıb.
Yenisabah.az xəbər verir ki, sənətçi şəxsi həyatı ilə bağlı sualları cavabsız qoyub.
O, izləyicisinin “Camaat Kamildən qorxur ona görə artıq-əskik söz yazmır” şərhinə sərt cavab verib: “Kiminsə paxıllığını çəkməyin, şəxsi həyatına qarışmayın. Kamildən qorxmurlar, o da hamı kimi biridir. Qorxulası nəsə yoxdur. Sadəcə, hisslərini, cavabını qəti bildirir. Bu insanda "endirim" anlayışı yoxdur. Şəxsi həyatla bağlı heç vaxt danışmamışam, danışmayacam da. Bunla bağlı suallar verməyin". pizza hut
Qeyd edək ki, məşhur cütlük haqqında ayrıldıqları xəbərləri dolaşırdı. Kamilin bir neçə dəfə Gülaysız, Gülayın da Kamilsiz görünməsi, eləcə də Kamilin qızı ilə daha çox zaman keçirməsi şayiələrin güclənməsinə rəvac vermişdi.
Telegram kanalımız