Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) və Milli Təhlükəsizlik Agentliyinin (MSA) keçmiş zabiti Edvard Snouden Rusiya pasportu alıb.
Yenisabah.az "Interfax"a istinadla xəbər verir ki, bu barədə onun vəkili Anatoli Kuçerena məlumat yayıb.
O bildirib: “Edvard dünən Rusiya Federasiyası vətəndaşının pasportunu alıb və qanunvericiliyə uyğun olaraq and içib”. pizza hut
Amerikalının bu hadisəni necə qəbul etdiyini soruşduqda vəkil belə cavab verib: "O, əlbəttə ki, şaddır, Rusiya Federasiyasına vətəndaşlıq aldığına görə təşəkkür edir, indi Rusiya Federasiyasının tamhüquqlu vətəndaşıdır. Ən əsası isə, Rusiya Konstitusiyasına uyğun olaraq, o, xarici dövlətə təhvil verilə bilməz".
O, həmçinin bildirib ki, Snoudenin arvadı da Rusiya vətəndaşlığını almağa hazırlaşır: "Hazırda vətəndaşlıq üçün müraciət etmək üçün lazımi sənədləri toplayırıq. Hesab edirəm ki, proses çox çəkməyəcək".
Sentyabrın sonunda Rusiya prezidenti Vladimir Putin “Rusiya Federasiyasının vətəndaşlığına qəbul və Rusiya Federasiyasının vətəndaşlığından çıxma haqqında” fərman imzalayıb, o cümlədən Snoudenə Rusiya vətəndaşlığı verilib.
2013-cü ildə Snouden mediaya ABŞ kəşfiyyat orqanlarının dünya üzrə müşahidə proqramları haqqında məlumat vermişdi. Vətənində ona casusluq və dövlət əmlakını oğurlamaqda qiyabi ittiham irəli sürülüb. Snouden əvvəlcə ABŞ-dan Honq-Konqa, sonra isə Rusiyaya qaçıb.
Telegram kanalımız