“MTV Azərbaycan”a yeni İcraçı direktor təyin olunub.
Müvafiq əmrlə bu vəzifəyə Sevinc Tahirova təyin edilib.
Sevinc Tahirova sentyabr ayında “MTV Azərbaycan” telekanalının Marketinq Departamentinin rəhbəri vəzifəsinə təyin olunmuşdu. Online alış-veriş
O, bu vəzifəsinə qədər “VMF Company” şirkətində Marketinq və PR Departamentinin rəhbəri kimi fəaliyyət göstərib.
Əvvəlki illərdə ölkənin aparıcı televiziya kanallarında da fəaliyyət göstərən S. Tahirova, 2015–2016-cı illərdə ANS TV-də jurnalist, 2007–2010-cu illərdə isə Lider TV-də jurnalist və ictimaiyyətlə əlaqələr mütəxəssisi vəzifələrində çalışıb./Yurd.Media/
Telegram kanalımız