“Xəzər” Futzal Klubunda media və kommunikasiya fəaliyyətinin inkişafı istiqamətində yeni addım atılıb.
“Yeni Sabah”ın əldə etdiyi xəbərə görə, klubun qərarı ilə jurnalist Gülayə Məcid “Xəzər” Futzal Klubunun Mətbuat Katibi vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində Gülayə Məcid klubun PR və media fəaliyyətinin koordinasiyası, ictimaiyyət və media ilə əlaqələrin qurulması, komandanın fəaliyyətinin daha geniş auditoriyaya çatdırılması, eləcə də klubun kommunikasiya strategiyasının inkişafı istiqamətində fəaliyyət göstərəcək. ShopByBro
Nazim Hacıyev
Telegram kanalımız