Hərbi çağırışda gözlənilməz yoxlama -   Bir qərarla hər şey dəyişə bilər!

saytların hazırlanması

Evə çatdırılma

Hərbi çağırışda gözlənilməz yoxlama - Bir qərarla hər şey dəyişə bilər!

Sosial

19 Noyabr 2026 11:32 83


Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların tibbi şəhadətləndirilməsinin hansı qaydada aparıldığı açıqlanıb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, vətəndaşlar qeydiyyatda olduqları rayon (şəhər) üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin baş idarə, idarə, şöbə və ya bölmələrinin hərbi həkim komissiyasında tibbi baxışdan keçirilirlər. Online alış-veriş

Tibbi baxış zamanı vətəndaşlar zəruri laborator və instrumental müayinələrə göndərilir. Ehtiyac yarandıqda isə tibb müəssisələrində əlavə müayinələr təşkil olunur.

Vətəndaşların sağlamlıq vəziyyəti ilə bağlı yekun qərar Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasına uyğun olaraq qəbul edilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!