Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı

saytların hazırlanması

Evə çatdırılma

Qayınanasının qızıllarını oğurlayıb nişanlısına “İphone 17” aldı

Kriminal

19 Noyabr 2026 11:43 50


Bakıda 2003-cü il təvəllüdlü gənc elçi getdiyi qızın anasının qızıllarını oğurlayıb.

"Yeni Sabah" xitab24.az-a istinadla xəbər verir ki, əməli 2003-cü il təvəllüdlü Kərim Gəraybəylinin (ad-soyad şərtidir) törətdiyi məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi açılıb. İnternetdən sifariş

Araşdırmalar nəticəsində məlum olub ki, K.Gəraybəyli sosial şəbədəkə tanış olduğu qızla evlənmək qərarına gəlib, bu məqsədlə ailə üzvləri ilə birlikdə elçi gedib. "Hə" cavabı alındıqdan sonra nişan mərasiminin vaxtı dəqiqləşdirilib. Daha sonrq qızın anası qızıllarını taxmaq istəyərkən onların yerində olmadığını görüb.

K.Gəraybəyli qayınanasının evində olarkən ona məxsus 22 420 manat məbləğində qızıl-zinət əşyalarını oğurlayaraq satıb. O, satdığı qızılların pulu ilə nişanlısına 3.000 manat dəyərində “İphone 17 Pro” markalı mobil telefon hədiyyə alıb. Bundan başqa, restoranda birlikdə şam yeməyinə 370 manat hesab ödəyib, xonça hazırlanması üçün qıza 2.800 manat verib. Nişan üzüyünə isə 1500 manat xərcləyib.

Oğurluq əməli nişan mərasimi günü üzə çıxıb. Bu cinayət əməlinə görə, K.Gəraybəylinin azadlığı 3 il müddətinə məhdudlaşdırılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!